YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Samuxlular işıqlı gələcəyə səs verəcəklər

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Samux rayonu, Lək bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə Azərbaycanda uğurla reallaşdırılan nəhəng layihələr barədə məlumat verib, ölkəmizdə aparılan çox uğurlu daxili və xarici siyasətdən, dinamik inkişafdan və böyük islahatlardan danışıb. O əminliklə bildirib ki, seçicilər bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklər.

Bələdiyyə üzvlüyünə namizədlər  Cəsur Məmmədov, Nəzər Camalov  YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib, bələdiyyə seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında önəmindən bəhs edib və seçiciləri partiyanın namizədlərinə səs verməyə çağırıblar.

Seçicilər də öz növbəsində yanvarın 29-da seçki məntəqələrinə gedəcəklərini, Azərbaycanın qazandığı uğurların davamına səs verəcəklərini deyiblər.