Seçki xəbərləri
Yeni reallıqlar ölkəmizə rifah, inkişaf və qələbələr vəd edir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qax rayonu, Qaxbaş və Qum bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Görüşlərdə YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin qarşıda duran bir çox milli hədəflərin reallaşmasını təmin etdiyini bildirib. Yeni reallıqların ölkəmizə rifah, inkişaf və qələbələr vəd etdiyi qeyd olunub.
YAP Qax rayon təşkilatının sədr müavini İlkin Abbasov, seçki qərargahının üzvləri Tahir İsmayılov, Rahin Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin qarşıda duran bir çox milli hədəflərin reallaşmasını təmin etdiyini bildiriblər: “Yeni reallıqlar ölkəmizə rifah, inkişaf və qələbələr vəd edir”.
Seçicilər adından çıxış edən Qamət Hacıyev və digərləri öz çıxışlarında seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.