Seçki xəbərləri
Hədəf yeni qələbələr qazanmaqdır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Masallı rayonu, Xıl bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Masallı rayon təşkilatının məsləhətçisi Eldar Kazımov bələdiyyələrin keçdiyi inkişaf yolundan, bu seçkilərə hazırlıqla əlaqədar görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Seçki qərargahının üzvləri Fuad Mənsimov, Mehparə Məmmədova, bələdiyyə üzvlüyünə namizədlərdən İsmayıl Şahmarov, Həsən Oruczadə, Əkrəm Rzayev, Ruhin Kazımov öz çıxışlarında Prezident İlham Əliyevin hər zaman Azərbaycanın milli maraqlarını ən yüksək səviyyədə təmin etdiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, dövlət başçısının siyasi kursu dünya ictimaiyyəti nümunəvi model kimi qiymətləndirilir. Natiqlər vətəndaşları seçki prosesində fəal iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Seçicilər Əlövsət Sadıqov, Tahir Hüseynov, şəhid atası Vahid İsgəndərov və başqaları YAP-ın fəaliyyətini dəstəklədiklərini vurğulayıblar.