YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Yeni Azərbaycan Partiyası xalqın dəstəyinə güvənir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qəbələ rayonu, Mıxlıqovaq bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov YAP-ın seçki proqramı və seçkilərə hazırlıq prosesi barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, bələdiyyələrdə təmsil olunacaq üzvlərdən daha çox təşəbbüskarlıq, əhali ilə daim təmasda olmaq, onların problemləri ilə mütəmadi maraqlanmaq tələb olunur.

Seçki qərargahının üzvləri Ayaz Məmmədşərifov, Akif Məmmədyarov və bələdiyyə üzvlüyünə namizədlər Kənan Xaspoladov və İlham Şirinov Azərbaycanın ən güclü siyasi partiyası olan YAP-ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını diqqətə çatdırıblar. Onlar seçiciləri 29 yanvarda keçiriləcək bələdiyyə seçkilərində fəal iştirak etməyə, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Qeyd edək ki, rayonun Vəndam, Cığatelli, Nohurqışlaq, Hacıalılı və Soltannuxa bələdiyyələri üzrə YAP namizədlərinin seçicilərlə məhəllə görüşləri keçirilib.