YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Tarixi missiya

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şabran rayonu, Şabran bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə qapı-qapı və məhəllə görüşləri keçirilib.

Şəhid ailələrini, qaziləri, rayon sakinlərini ziyarət edən bələdiyyə üzvlüyünə namizədlər Fidan Fərzəliyeva və Elvin Hüseynov partiyanın hər zaman milli maraqlara, mövcud reallıqlar və çağırışlara uyğun fəaliyyət göstərdiyini deyiblər. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu gün cəmiyyətimizdə olduqca yüksək nüfuza malikdir: “Şübhə deyil ki, yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri xalqın Yeni Azərbaycan Partiyasına etimadının daha bir bariz nümunəsi olacaqdır”.

Seçicilər Firdovsi Orucov, Qədim Camalov, Allahverdi Qasımzadə, Soltanmahmud Mədətov, Naci Xalisov və Amid Mütəllimov bələdiyyə seçkilərində fəal iştirak edəcəklərini və Yeni Azərbaycan Partiyasını dəstəkləyəcəklərini deyiblər.