YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Böyük ruh yüksəkliyi və qələbə əzmi ilə

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Astara rayonu, Astara bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafa nail olduğunu, insanların rifahının daha da yaxşılaşdığını və bu istiqamətdə ardıcıl tədbirlərin həyata keçirildiyini deyib. O, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə yüksək nüfuza malik olduğunu, qarşıdan gələn bələdiyyə seçkilərinə böyük ruh yüksəkliyi və qələbə əzmi ilə getdiyini vurğulayıb.

Görüşdə çıxış edən seçki qərargahının üzvü Rafiq Əliyev, bələdiyyə üzvlüyünə namizədlər Gülayə Babazadə, Akif Əliyev bələdiyyələrin inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar.

Astara seçicilərinin növbəti dəfə inkişafa səs verəcəklərinə əminlik ifadə olunub.

Qeyd edək ki, bələdiyyə üzvlüyünə namizədlər Aynur Quliyeva, Gülayə Babazadə, Bədi Məmmədovanın seçicilərlə məhəlli görüşləri də keçirilib.