Seçki xəbərləri
Vətəndaşlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bərdə rayonu, Xəsili və Bərdə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər ölkəmizə tarixi nailiyyətlər qazandırıb. “Sosial-iqtisadi və siyasi islahatların uğurlu nəticəsi olaraq dövlətimizin nüfuzu artıb, insanların rifahı daha da yüksəlib. Vətəndaşlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub”, - deyən rayon təşkilatının sədri seçiciləri növbəti dəfə Yeni Azərbaycan Partiyasına etimad göstərməyə dəvət edib.
Seçki qərargahının üzvü Elməddin Əsgərxanov, bələdiyyə üzvlüyünə namizədlər Akif Əhmədov, Rəfail Bəylərov, Saleh Kərimov, İlqar Səlimov, Ruslan Əhmədov və İftixar Zeynalov YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verərək partiyanın bundan sonra da xalqımızın qarşısında dayanan vəzifələrin yerinə yetirilməsinə layiqli töhfələr verəcəyinə əminliklərini ifadə ediblər.
Seçicilər Mirzəli Rzayev, Vaqif Şərəfxanov, Kəmalə Rəfibəyli, Sakit Əhmədov və başqaları çıxış edərək YAP-ın namizədlərini dəstəklədiklərini bildiriblər.