YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

İslahatlar ölkənin inkişafına yönəlib

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Göygöl rayonu, Qızılca-Üçtəpə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.

Görüşlərdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxış edərək Prezident İlham Əliyevin zəngin siyasi təcrübəsi, möhkəm iradəsi və qətiyyətli liderliyi ilə Azərbaycanın dinamik inkişaf yolunda irəlilədiyini deyib. Qeyd olunub ki, əldə olunan nailiyyətlər Azərbaycanın regionda lider dövlətə çevrilməsini, dünyada qalib və qüdrətli ölkə kimi tanınmasını şərtləndirib. Hazırda qarşıda dayanan əsas məqsəd isə növbəti milli hədəflərin gerçəkləşdirilməsidir.

Seçki qərargahının üzvü Ofeliya Rəhimova, Mahir Hacıyev, bələdiyyə üzvlüyünə namizədlər Rza Məmmədov, Vüqar Həsənli, Nüsrət Abbasov, Elçin Nağıyev, Ruhiyyə Dəvrişova ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar. Vurğulanıb ki, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi naminə qarşıda mühüm vəzifələr dayanır və yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaq YAP üzvləri fəaliyyətlərini məhz bu hədəflər istiqamətində quracaqlar. 

Görüşlərdə çıxış edən seçicilər  Fazil Abbasov,  Gülnarə Məmmədova, Yasəmən Mirzəyeva və digərləri bələdiyyə seçkilərində zəfərlər partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, həmin gün YAP-ın namizədləri Yeni Qızılca, Qızılca və Yalqışlaq kəndində seçicilərlə məhəlli görüşlər də keçiriblər.