Seçki xəbərləri
Uğurlarımız davamlıdır!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qazax rayonu, Kosalar bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev ölkəmizdə bələdiyyələrin yaranma tarixi, ötən dövr ərzindəki fəaliyyətləri, dövlət tərəfindən yerli özünüidarəetmə orqanlarına göstərilən diqqət və dəstək barədə ətraflı məlumat verib. Daha sonra o, Yeni Azərbaycan Partiyasının növbəti bələdiyyə seçkilərinə yeni reallıqlar və çağırışlar fonunda böyük qələbə əzmi ilə qatıldığını xüsusi vurğulayıb.
Rayon təşkilatının sədri bildirib ki, ölkə başçısının sosial siyasəti daim Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılmasına hesablanıb. Bu da ölkədə həyata keçirilən siyasətin əsas xəttinin Azərbaycan vətəndaşının mənafeyinin təşkil etdiyini göstərir.
Seçki qərargahının üzvləri Məmməd Yusifov, Polad Ağakişiyev, Elxan Abdullayev, Müqabil Məmmədov, Cavanşir Rüstəm və bələdiyyə üzvlüyünə namizədlər çıxışlarında bildiriblər ki, indiyədək bələdiyyələr bir çox mühüm layihələrin həyata keçirilməsinə, o cümlədən əhalinin məşğulluğunun təmin olunmasına və yaşayış məntəqələrində sosial məsələlərin həllinə önəmli töhfələr veriblər.
Seçicilər Novruz Alıcanov, Kərəm Nəbiyev, Ramiz Əsədov, İlqar Allahverdiyev və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının siyasətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.