Seçki xəbərləri
YAP yeni hədəflərə doğru inamla addımlayır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Lerik rayonu, Əliabad bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafı, həyata keçirilən sosial layihələr, genişmiqyaslı islahatlar, görülən işlərin uğurlu nəticələri haqqında seçicilərə ətraflı məlumat verib.
O bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı həyata keçirilən islahatların, sosial layihələrin müsbət təsirini öz həyatında hiss edir: “Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasının Prezident, YAP Sədri İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində əldə olunub”.
Seçki qərargahının üzvləri Zamir Hacızadə, Elman Rəcəbov, bələdiyyə üzvlüyünə namizəd Səməd Şabanov və digərləri çıxış edərək bu günə qədər keçirilən bütün seçkilərdə qələbə qazanan Yeni Azərbaycan Partiyasının ölkəmizin rifahı və quruculuğu naminə fəaliyyət göstərməsinin xalqda bu partiyaya və onun təmsilçilərinə böyük rəğbət qazandırdığını qeyd ediblər.
Seçicilər Şahvəli Əliyev, Əfrəddin Abdullayev, Gülnar Vəliyəddinli seçkilərdə fəal iştirak edəcəklərini və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov, seçki qərargahının üzvləri Elman Rəcəbov, Veysəl Məlikov, Siyov bələdiyyələri üzrə namizədlər Tərlan Qəribov, Şəhriyar Məcidov, Şingədulan bələdiyyəsi üzrə namizəd Niyaməddin İsayev, Çayrud bələdiyyəsi üzrə namizəd Muğdad Şahpələngov ayrı-ayrı ərazilərdə seçicilərlə məhəlli görüşləri də keçiriblər.