Seçki xəbərləri
Seçim “Dünənin, bu günün və gələcəyin partiyası”dır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağdaş rayonu, Ağdaş bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hər bir sahədə misilsiz uğurların əldə edilməsindən bəhs edib. O bildirib ki, Azərbaycanda həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişaf təmin edilib, respublikamız beynəlxalq aləmdə çox böyük nüfuza malik olan ölkəyə çevrilib. Qeyd olunub ki, bu seçkilərə də böyük qələbə əzmi ilə qatılan Yeni Azərbaycan Partiyası xalqın dəstəyinə güvənir.
Görüşdə çıxış edən Nərmin Qəribova, Vəfa Məmmədova, Arzu Musayeva və Gülsüm Hacıyeva “seçimimiz dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasıdır!”, - deyə vurğulayıblar.