YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Yeni Azərbaycan Partiyası inam və etimad ünvanıdır!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qobustan rayonu, Qobustan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov Yeni Azərbaycan Partiyasının hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayıb, YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib. Daha sonra o, YAP-ın seçki proqramı və namizədlər  haqqında seçicilərə məlumat verib.

Seçki qərargahının üzvləri Günay Muradova, Mahir Soltanov, bələdiyyə üzvlüyünə namizədlər Vasif Zamanov, Sevda Rəfiyeva, Elburus Xanatov bələdiyyələrin bir çox mühüm layihələrin həyata keçirilməsinə, o cümlədən əhalinin məşğulluğunun təmin olunmasına və sosial məsələlərin həllinə önəmli töhfələr verdiyini qeyd ediblər.

Seçicilər Ataş Məmmədov və Zemfira Məmmədova Yeni Azərbaycan Partiyasının inam və etimad ünvanı olduğunu deyib, bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.