YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP parlaq qələbə qazanacaq

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Nəsimi bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə növbəti görüşü keçirilib.

YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov bildirib ki, qarşıdan gələn bələdiyyə seçkiləri yerli özünüidarəetmə  sahəsində geniş islahatlar kimi də qiymətləndirilməlidir.  

Bələdiyyə üzvlüyünə namizədlər Rahib Hacıyev, Söhrab Həşimov, Ülvi Əhmədov, Fidan Tağıyeva-Soncul, Lalə Əlizadə, Faiq Məmmədov, Mətləb Məmmədov, Orxan Musayev Azərbaycanın demokratik inkişafından, seçkilərin azad, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində göstərilən səylərdən danışıblar.

Namizədlər seçiciləri bələdiyyə seçkilərində fəal olmağa və ən layiqli namizədlərə səs verməyə çağırıblar.