YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Firavan və xoşbəxt gələcəyə doğru

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ucar rayonu, Qazıqumlaq-Ramal bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdən əvvəl Qazıqumlaq kəndinin mərkəzində Şəhidlərin xatirə lövhəsi ziyarət olunub.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik, uğurlu, inkişaf və tərəqqiyə hesablanmış siyasət nəticəsində Azərbaycan dünya miqyasında öz gücünə, mövqeyinə və inkişaf tempinə görə lider dövlətlər sırasındadır. Qeyd olunub ki, Azərbaycan tərəfindən strateji əhəmiyyətli layihələr həyata keçirilir, digər dövlətlərlə əlaqələr daha da genişləndirilir, yeni müqavilələr imzalanır.

“Əlbəttə ki, bütün bu nailiyyətlər seçkilərdə partiyamızın şansını əhəmiyyətli dərəcədə artırır. Ona görə də qarşıdan gələn bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının qələbə qazanacağına əminik”, - deyə Şəhla Abdullayeva vurğulayıb.

Təşviqat qrupunun üzvü Mirzalı Ağamalıyev, bələdiyyə üzvlüyünə  namizədlər  Mahiyə Rəsulova, Xəlil İbrahimov, Rüfət Seyidov və Şüküfə Zülfüqarova vurğulayıblar ki,

Seçicilər Almaz Qasımova, Afaq Rəhimova, Gülbəs Məmmədova, Xəyalə Məmmədova və Elşad Rəşidov YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, həmin gün YAP-ın namizədləri Vətən müharibəsi şəhidi Orxan İsmayılovun Məlikballı kənd qəbiristanlığındakı məzarını və ailəsini ziyarət ediblər.

Həmçinin, namizədlər məhəlli görüşlər də keçiriblər.