YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Lənkəranda seçicilərlə növbəti görüş keçirilib

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Lənkəran rayonu, Separadi və Kərgəlan bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

  YAP Lənkəran rayon təşkilatı sədrinin müavini Əlövsət Qurbanov bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə müasir dövlətçilik tarixinin möhtəşəm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə yekun vuraraq yeni dövrə qədəm qoyub: “Artıq yeni çağırışlar və reallıqlar fonunda ölkəmizin qarşısında növbəti hədəfləri gerçəkləşdirmək vəzifəsi durur. Aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası bu prosesə öz layiqli töhfələrini verəcək”.

 YAP-ın səlahiyyətli nümayəndəsi  Sitarə Babayeva, seçki qərargahının üzvləri Şöhrət Cəfərov, Bəxtiyar Paşayev, Əkrəm Əskərov, Telman Rzayev və bələdiyyə üzvlüyünə namizədlər Niyaməddin Məmmədov, Solmaz Cəfərova YAP-ın seçki proqramı barədə ətraflı məlumat veriblər. Onlar vətəndaşların rifahı və mənafeyi naminə seçiciləri bələdiyyə seçkilərində fəal iştirak edərək YAP-ın namizədlərinə dəstək göstərməyə çağırıblar.

 Qeyd edək ki, Lənkəran, Liman, Haftoni və İstisu bələdiyyələri üzrə YAP namizədlərinin seçicilərlə məhəllə görüşləri keçirilib.