YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Seçkilər partiyanın tarixinə yeni uğur səhifəsi kimi yazılacaq

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində  Samux rayonu, Samux bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov vurğulayıb ki, bütün sahələrdə həyata keçirilən islahatlar cəmiyyət tərəfindən təqdirlə qarşılanır. Yeni hədəflərin yeni çağırışlarla tamamlandığını deyən rayon təşkilatının sədri bələdiyyə seçkilərinin ölkə üçün yeni müvəffəqiyyətlər vəd etdiyini, partiya tarixinə yeni uğur səhifəsi kimi yazılacağını söyləyib.

Bələdiyyə üzvlüyünə namizədlər Elnur Tağıyev, Mirzəmməd Orucov və  Vaqif Həsənov qeyd ediblər ki, partiya 29 yanvarda keçiriləcək bələdiyyə seçkilərinə ruh yüksəkliyi və qələbə əzmi ilə gedir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məqsədlərə doğru inamla addımlayır.

Görüş zamanı seçicilər bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.