Seçki xəbərləri
Daha güclü Azərbaycan naminə!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan, Əmircan və Qaraçuxur bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında aparıcı rolundan danışıb. O qeyd edib ki, gələcəyə doğru inamla addımlayan YAP Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin daha da qüdrətlənməsi üçün ciddi səylər göstərir: “Bu gün YAP sıralarında birləşən hər bir şəxs qürurludur. Çünki Yeni Azərbaycan Partiyası qalib xalqın Zəfər partiysıdır”.
Bələdiyyə üzvlüyünə namizədlər Elburus Xəlilov, İbrahim İbrahimov, Seymur Rəsulov, Sənan Əliyev, Könül Hümbətova, Nəzrin Mirzəli, Məzahir Əhmədli və digərləri YAP-ın seçki proqramı haqqında ətraflı məlumat veriblər. Onlar seçiciləri bələdiyyələrin təkmilləşdirilməsi istiqamətində ardıcıl fəaliyyətin həyata keçirilməsi üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.