Seçki xəbərləri
Növbəti möhtəşəm qələbəyə doğru!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Naxçıvan şəhəri, Naxçıvan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli bildirib ki, Yeni Azərbaycan Partiyasına xalqın inamı sonsuzdur: “Partiya bu inamı, etimadı qorumaq və daha da artırmaq üçün daim səylər göstərir. YAP-ın hər bir seçkiyə qələbə əzmi ilə qatılmasını şərtləndirən əsas amil də məhz xalqın partiyası olmasıdır. Növbəti bələdiyyə seçkiləri bu gerçəkliyi bir daha əks etdirəcək”.
Seçki qərargahının üzvü David Həsənov, bələdiyyə üzvlüyünə namizədlər Əlvanə Şahgəldiyeva, Orxan Əliyev və Elnur Həsənov YAP-ın seçki proqramında yeni reallıqlar və çağırışlardan irəli gələn mühüm hədəflərin əks olunduğunu bildirərək seçiciləri partiyanın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini və partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.