YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Azərbaycan xalqı YAP-a inanır və etibar edir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində İsmayıllı rayonu, Qalacıq bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov ölkəmizdə bələdiyyələrin gördüyü işlər barədə ətraflı məlumat verib və partiyanın indiyə qədər keçirilmiş bələdiyyə seçkilərində fəal iştirak edərək inamlı qələbələr qazandığını vurğulayıb. “Azərbaycanın müstəqillik dövründə qazandığı bütün nailiyyətlərdə YAP-ın imzası var” sözləri ilə çıxışını davam etdirən Z.Muradov daha sonra seçki proqramından bəhs edib və seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Bələdiyyə üzvlüyünə namizədlər bildiriblər ki, təmsil etdikləri Yeni Azərbaycan Partiyası hər zaman xalqın iradəsinə uyğun hərəkət edib və dövlətçilik maraqlarından çıxış edib. Bu baxımdan Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasına inanır və etibar edir. Onlar bələdiyyə üzvü seçildikləri tədqirdə, “Bələdiyyələrin statusu haqqında” qanunun tələblərini əsas götürərək, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün bütün qüvvə və bacarıqlarını sərf edəcəklərini bildiriblər.   

Seçicilər bələdiyyə seçkilərində YAP-ın namizədlərinə dəstələyəcəklərini vurğulayıblar.