Seçki xəbərləri
Azərbaycan böyük uğurlar qazanır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Balakən rayonu, Şərif bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Balakən rayon təşkilatının sədri Azad Balayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın regionun, bütövlükdə dünyanın ən sabit inkişaf tempinə malik dövlətləri sırasında yer aldığını ifadə edib. Bildirib ki, ötən dövrdə Azərbaycan daxili və xarici siyasətdə böyük uğurlar qazanıb.
Çıxış edən Seçki Qərargahının üzvü Tinov Bağmanov, partiya veteranı Maqsud Bazarov, partiya fəalı Sabir Xoçberov çıxışlarında seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədlərə səs verməyə çağırıblar.