Seçki xəbərləri
Yeni reallıqlardan irəli gələn hədəflər reallaşdırılır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Quba rayonu, Hacıhüseynli, Xınalıq, Vladimirovka, Qonaqkənd, Talabıqışlaq, Timiryazev-Alekseyevka bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə təşviqat qrupunun üzvü Şəmsəddin Feyzullayev, bələdiyyə üzvlüyünə namizədlər Azər Kamilov, Zəminə Mirzəyeva, Mənsur Şahverdiyev, Elmara Zeynalova, İlyas Manafov, Nadir Məmmədov, Vaqif Həsənov və digərləri qeyd ediblər ki, xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşərək həyata keçirilən siyasəti birmənalı olaraq dəstəkləyir. Azərbaycanın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən natiqlər yeni reallıqlardan irəli gələn hədəflərin reallaşdırılmasının ölkəmizi yeni zirvələrə yüksəldəcəyinə əminliklərini bildiriblər.
Çıxışlarda seçicilərin Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərinə inam ifadə olunub.