Seçki xəbərləri
YAP xalqın güvənini və dəstəyini qazanıb
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Səbail rayonu, Səbail və Badamdar bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bələdiyyələrin fəaliyyətindən, Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan uğurlardan, Azərbaycan xalqının rifahının daha da yaxşılaşdırılması istiqamətində yürüdülən siyasətin nəticələrindən danışıb. O, YAP-ın respublikada keçirilən bütün seçkilərdə əldə etdiyi parlaq qələbələrin partiyanın xalqın güvənini və dəstəyini qazanmasının göstəricisi olduğunu deyib.
Bələdiyyə üzvlüyünə namizədlər Təzəxan Məmmədov, Nurel Kərimov, Xədicə Həsənova, Səmədağa Aslanov və Manaf Talıbov ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar. Natiqlər ölkədə keçirilən hər bir seçkidə olduğu kimi, qarşıdan gələn bələdiyyə seçkilərində də YAP-ın qələbə qazanacağına inamlarını ifadə ediblər.