Seçki xəbərləri
YAP – Növbəti zəfərin addımlığında
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Babək rayonu, Vayxır bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Babək rayon təşkilatının sədri İsa Məmmədov qeyd edib ki, artıq yeni çağırışlar və reallıqlar fonunda ölkəmizin qarşısında növbəti hədəfləri gerçəkləşdirmək vəzifəsi durur: “Aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası bu prosesə öz layiqli töhfələrini verəcək”.
Seçki qərargahının üzvləri Elvin Əliyev, bələdiyyə üzvlüyünə namizədlərdən Mirələm Seyidov, Zeynab Məmişova, Həbib Əhmədli, İltifat Allahverdiyeva və Xələf Mustafayev çıxış edərək bələdiyyə seçkilərində əhalini seçkidə fəal iştirak etməyə və partiya tərəfindən irəli sürülən namizədlərinə səs verməyə çağırıblar.
Qeyd edək ki, namizədlər Mirələm Seyidov, Sənan Novruzov məhəllə görüşləri keçiriblər.