YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Yardımlı seçiciləri Ulu Öndər Heydər Əliyevin siyasi kursunu dəstəkləyirlər

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yardımlı rayonu, Hamarkənd bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə təşviqat qrupunun üzvü Mirzağa Caniyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğrula davam etdirən Prezident, YAP Sədri İham Əliyevin ölkədə apardığı köklü islahatlardan danışıb. O, seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıb.

Bələdiyyə üzvlüyünə namizəd Almirzə Şahverənov seçiləcəyi təqdirdə vətəndaş məmnunluğunu prioritet məsələ kimi daim diqqətdə saxlayacağını qeyd edib.

Seçicilər Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.