YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Böyük etimad, sonsuz inam

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Oğuz rayonu, Kərimli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov bildirib ki, tarixi zəfərlər hər birimizi daha uğurlu gələcək naminə yeni hədəflərin reallığa çevrilməsinə dəstək olmağa çağırır. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası sözlə əməl birliyi sayəsində cəmiyyətin avanqard qüvvəsi kimi nüfuzunu gündən-günə artırır.

Seçki qərargahının üzvü Ehtibar Yusubov və bələdiyyə üzvlüyünə namizədlər Vüqar İbrahimov, Akif Əliyev və Rauf Orucov bələdiyyələrin əhalinin məşğulluğunun təmin olunmasına və sosial məsələlərin həllinə önəmli töhfələr verdiyini diqqətə çatdırıblar.

Görüş zamanı seçicilər Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini vurğulayıblar.

Qeyd edək ki, həmin gün YAP-ın namizədləri rayonun Xaçmazqışlaq, Böyük Söyüdlü, Sincan və Çaldaş kəndlərində seçicilərlə fərdi görüşlər də keçiriblər.