Seçki xəbərləri
YAP fəaliyyətini Heydər Əliyev ideyaları əsasında qurub
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Sabirabad rayonu, Ulacalı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov bildirib ki, 740 min nəfərdən çox üzvü birləşdirən partiyamız böyük siyasi gücdür. Onun sözlərinə görə, belə bir siyasi güc iştirak etdiyi bütün seçkilərində parlaq qələbələr qazanıb: “Qarşıdan gələn bəlidyyə seçkilərində də belə olacaq”.
Seçki qərargahının üzvləri Daşqın Şıxəliyev, Mirqiyam Məmmədov və bələdiyyə üzvlüyünə namizədlər Ziyadxan Gözəlov, Zaməddin Cəfərov və Hikmət Ağayev bütün seçiciləri 29 yanvarda keçiriləcək bələdiyyə seçkilərində fəal iştirak etməyə, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Görüş zamanı seçicilər Ramidə Zeynalova, Yalçın Cavadov və digərləri YAP-ın fəaliyyətini dəstəklədiklərini söyləyiblər. Çünki YAP fəaliyyətini Heydər Əliyev ideyaları əsasında qurub.