Seçki xəbərləri
Hədəflər reallıqlardan irəli gəlir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Görüşləri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatı sədrinin müavini Zülfüqar Cəfərov Azərbaycanın güclü dövlət olaraq xalqın yüksək rifahını təmin etdiyini bildirib. O, Yeni Azərbaycan Partiyasının əməli fəaliyyəti ilə böyük rəğbət qazandığını və bu gün cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirdiyini deyib.
Seçki qərargahının üzvü Namiq Nəbiyev, bələdiyyə üzvlüyünə namizədlər Mikayıl Məmmədov, Ağazakir Abdullayev, Ülkər Nəsibova, Ramilə Hüseynova çıxış edərək bələdiyyələr tərəfindən ötən dövrdə görülən işlərdən, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs ediblər.
Seçicilər Ağahüseyn Məmmədov, Mustafa Ağayev, Cavid Quliyev və başqaları daha qüdrətli Azərbaycan naminə qarşıdan gələn bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, həmin gün YAP-ın Bakıxanov bələdiyyəsi üzrə namizədləri Aynur Əlmədətova, Günay Abdullayeva, həmçinin Maştağa bələdiyyəsi üzrə namizədlər Günel Əliyeva, Məmmədrza Xəlilov, Pirşağı bələdiyyəsi üzrə namizəd Azər İsmayılov, Zabrat bələdiyyəsi üzrə namizədlər Hikmət Alıyev, Mirməhəmməd Seyidov seçicilərlə fərdi və məhəlli görüşlər keçiriblər.