Seçki xəbərləri
Xaçmazlılar YAP fəaliyyətini dəstəkləyir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Xaçmaz rayonu, Köhnə Xaçmaz, Qımılqışlaq Yalama bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Xaçmaz rayon təşkilatının sədr müavini Emil Tağıyev YAP-ın müstəqil Azərbaycan dövlətinin inkişafına mühüm töhfələr verdiyini və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirdiyini vurğulayıb. O, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib.
Tədbirdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Vüqar Cabrayılov, Elşad Məmmədov, Eyyub Abdurəhmanov, Mehriban Mustafayeva, Fətəli Niftəliyev, Kamran Qocayev, Murad Aydınov həyata keçirilən islahatların bələdiyyələrin şəffaflıq və hesabatlılığını artırdığını vurğulayıb, seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar. Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, Xaçmaz, Xudat, Yalama, İstisu, Yeni Həyat, Qusarçay, Nərəcan, Köhnə Xaçmaz, Qımılqışlaq, Yergüc, Hülövlü, Çarxı və Qaraqurtlu bələdiyyələri üzrə namizədlərin seçicilər ilə məhəllə görüşləri də keçirilib.