YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Bələdiyyələr vətəndaşlara göstərilən xidmət səviyyəsini yüksəldəcək

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yevlax rayonu, Yevlax və Aşağı Bucaq bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Yuxarı Qarxun və Gülövşə kənd seçiciləri ilə görüşü keçirilib.

YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov bildirib ki, bələdiyyələrin hüquqi statusunun qanunla müəyyənləşdirilməsi Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyasında yer alıb. O, əlavə edib ki, yeni qərarlar əsasında formalaşacaq bələdiyyə üzvlərinin keyfiyyət tərkibi daha da  yaxşılaşacaq. Bu da bələdiyyələrin fəaliyyətini daha səmərəli edəcək və vətəndaşlara göstərilən xidmət səviyyəsini yüksəldəcək.

Seçki qərargahının üzvü Bayram Yusifov və  bələdiyyə üzvlüyünə namizədlər Sahil Allahverdiyev, Nüşabə Mahmudova, Azadə Şahbazova, Pərvanə Nəbiyeva, Xuraman Quliyeva, İsmayıl Hüseynli, Şamil Zahidli və Səxavət Kərimov vurğulayıblar ki, Azərbaycan böyük inkişaf yolu keçir. Yeni qərarların qəbul edilməsi dövlətimizin və xalqımızın rifahı naminədir.

Seçicilər isə prezident və parlament seçkilərində olduğu kimi növbəti bələdiyyə seçkilərində də həmrəylik nümayiş etdirib, Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini diqqətə çatdırıblar.

Qeyd edək ki, Aşağı Bucaq bələdiyyəsinin ərazisində yaşayan şəhid ailələri ziyarət olunub.  Eyni zamanda, namizədlər, Xaldan bələdiyyəsi üzrə Əcəmi kəndində və Aran bələdiyyəsi üzrə Yəldili kəndində yaşayan seçicilərlə məhəllə görüşləri keçiriblər.