Seçki xəbərləri
Davamlı inkişafa töhfə
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Tərtər rayonu, Hüsənli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Hüsənli və Köçərli kəndlərində seçicilərlə görüşü keçirilib.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov partiyanın seçki proqramı haqqında ətraflı məlumat verib.
Seçki qərargahının üzvü Azər Ağayev, namizədlər Səməd Yunusov və İradil Cəfərov bildiriblər ki, dövlət-özəl təşəbbüskarlığı platformasına bələdiyyələrin daha əhatəli cəlb edilməsi imkanlarının reallaşdırılması, yerli icmaların iqtisadi və sosial inkişafına dəstək verə bilər. Bu yanaşma, həmçinin bələdiyyələrin idarəetmə və qərarvermə proseslərində daha aktiv iştirakını təmin edərək, regionların davamlı inkişafına töhfə verəcək.
Qeyd edək ki, rayon ərazisində məhəllə görüşləri də keçirilib. Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini birmənalı şəkildə bildiriblər.