YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP xalqın etimadını doğruldub

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şamaxı rayonu, Sabir bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Şamaxı  rayon təşkilatının sədr müavini Altay Məmmədov Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edərək xalqa layiqli xidmət nümunəsi yaratdığını deyib. O qeyd edib ki, heç şübhəsiz,  bugünədək ardıcıl qələbələr qazanan Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində də irəli sürdüyü namizədlər xalqımız tərəfindən dəstəklənəcək.

Seçki qərargahının üzvü Ağarza Bayramov və təşviqat qrupunun üzvü Fuad Səmiyev  YAP-ın seçki proqramı haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması məqsədilə islahat xarakterli tədbirlərin davam etdirilməsi başlıca hədəflərdəndir. 

Seçicilər Mirağa Kərimov, Əsbət Əliyeva və İntiqam Zeynalov YAP-ın hər zaman xalqın etimadını doğrultduğunu və qarşıdan gələn bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini ifadə ediblər.