Seçki xəbərləri
YAP inam ünvanıdır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Xəzər rayonu, Mərdəkan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəllə görüşü keçirilib.
Görüşdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Mirbaba Hüseynov, Sabir Dadaşov və Mehman Səttarov bələdiyyələrin inkişafı istiqamətində vacib addımlar atıldığını bildiriblər. Onlar YAP-ın seçki proqramı haqqında seçicilərə ətraflı məlumat veriblər.
Seçicilər isə bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.