Seçki xəbərləri
YAP-a olan etimad yeni perspektivlər açır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şəmkir rayonu, Şəmkir və Çənlibel bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasının ən güclü təşkilatıdır. O, çıxışında partiyanın indiyə qədər keçirilmiş bələdiyyə seçkilərində fəal iştirak edərək inamlı qələbələr qazandığını vurğulayıb. Təşkilatın sədri növbəti seçkilərdə də bu ənənənin davam etdiriləcəyini əminliklə dilə gətirib. Çıxışının sonunda o, seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Təşviqat qrupunun üzvləri Famil Həmidov, Hilal Məmmədov, Təhməz Mehdixanov bütövlükdə yerli özünüidarə orqanlarının inkişafında YAP-ın əhəmiyyətli rolu olduğunu diqqətə çatdıraraq seçkidə qalib olacaqları təqdirdə, partiyanın etimadını doğrultmağa çalışacaqlarını bildiriblər.
Seçicilər yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində səsvermə hüquqlarından istifadə edərək YAP-ı dəstəkləyəcəklərini bildiriblər.