Seçki xəbərləri
Müqəddəs amallar uğrunda...

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şabran rayonu, Şabran, Pirəbədil və Gəndov bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Qapı-qapı və məhəlli görüşləri çərçivəsində Şabran bələdiyyəsi üzrə namizədlər Fidan Fərzəliyeva, Elvin Hüseynov, Pirəbədil bələdiyyəsi üzrə namizəd Atabala Şeydayev, Gəndov bələdiyyəsi üzrə namizəd Vüsal Rüstəmov, təşviqat qrupunun üzvü Seymur Qədəşov bildiriblər ki, Azərbaycanın qazandığı uğurlar dünya ictimaiyyəti tərəfindən təqdir olunur. Qeyd olunub ki, bu uğurlarda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının xüsusi rolu var.
Seçicilər Yasəf Qasımov, Elmira Hüseynova, Gülgəz Zülfüqarova, Akif Səmədov, Davud Məmmədov, Niftəli Əlməmmədov və başqaları YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.