Seçki xəbərləri
Hədəfimiz növbəti qələbədir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qazax rayonu, Daş Salahlı bələdiyyəsi və Qazax bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Görüşlərdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev ölkəmizdə bələdiyyələrin yaranma tarixi, ötən dövr ərzindəki fəaliyyətləri barədə ətraflı məlumat verib. A.Nəbiyev Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan uğurlardan, qazanılan qələbələrdən və qarşıdakı hədəflərdən də ətraflı bəhs edib.
Seçki qərargahının üzvləri Bəsdi Ələkbərova, Ceyhunə Hüseynova, Polad Ağakişiyev, Pəri İbrahimova, Fərhad Qocamanov, Vaqif Nəsibov, Cavanşir Rüstəm, namizədlər Kamil Eyubov, Vüsal İsmayılov və başqaları bələdiyyələr tərəfindən bir çox layihələrin həyata keçirildiyini, yaşayış məntəqələrində sosial məsələlərin həlli istiqamətində xeyli işlər görüldüyünü bildiriblər.
Görüşlər zamanı seçicilərdən Məhəmməd Omarov, Vüqar Eyyubov, Günel Sanıyeva, İradə Məmmədova və başqaları Yeni Azərbaycan Partiyasının siyasətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.