YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Ağcabədi seçiciləri YAP-ın namizədlərinə səs verəcək

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təbliğat-təşviqat mərhələsi çərçivəsində Ağcabədi rayonu, Xocavənd bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov bidirib ki, bələdiyyələr ölkəmizdə aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi prosesində özünün inkişaf dövrünü keçir.

Xocavənd bələdiyyəsi üzvlüyünə namizədlər Mehdi Əhmədov, Rövşanə Əliyeva, Zümrüd Səfərova, Fəxrəddin Qasımov, Nərmin Qasımova və Dəyanət Əliyev çıxış edərək  bütün seçiciləri seçkilərdə fəal iştirak etməyə və layiqli namizədlərə səs verməyə çağırıblar.

Seçicilərdən Bəxtiyar Niyazov, Ələmdar Abbasov, Faiq Məmmədov, Gülbikə Məmmədova və digərləri çıxış edərək, bələdiyyələrə diqqət və marağın artdığını, Azərbaycanın dinamik inkişafına töhfələr vermiş Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədləri dəstəkləyəcəklərini bildiriblər.

Qeyd edək ki, Ağcabədi bələdiyyəsi üzrə namizəd Samirə Xuduyevanın seçicilərlə məhəllə görüşləri də keçirilib.