YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP qarşıya qoyulan bütün hədəflərə doğru inamla addımlayır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Biləsuvar rayonu, İsmətli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov bildirib ki, Yeni Azərbaycan Partiyası daim ona göstərilən etimadı doğruldub, hər zaman siyasi proseslərin önündə olub, öz fəaliyyəti ilə dövlətimizin inkişafına, yüksəlişinə layiqli töhfələr verib. O, seçkilərin ölkəmizin ictimai-siyasi həyatında və gələcək inkişafında mühüm əhəmiyyəti olduğunu xüsusi vurğulayıb.

Bələdiyyə üzvlüyünə namizədlər Zaur Sefiyev və Pərviz Rzayev Yeni Azərbaycan Partiyasının seçki proqramı haqqında ətraflı məlumat veriblər. Onlar bələdiyyələrin qarşısında dayanan yeni vəzifələrdən danışaraq, seçiciləri YAP-ın namizədlərini dəstəkləməyə çağırıblar.

Seçicilərdən Rüstəm Əliyev və başqaları Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini vurğulayıblar.