YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP-a xalqın sevgisi böyükdür

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Abşeron  rayonu,  Mehdiabad qəsəbə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev Yeni Azərbaycan Partiyasının şərəfli inkişaf yolundan danışıb. “YAP-a xalqın sevgisi böyükdür. Partiyamızın inamlı qələbələri yüksək etimadın göstəricisidir”, - deyən A.Əliyev partiya sıralarının gündən-günə genişlənməsinin xalqın Prezident İlham Əliyevin siyasətinə qətiyyətli dəstəyinin bariz nümunəsi olduğunu qeyd edib.

Təşviqat qrupunun üzvləri Faiq Xudayev, Faiq Xosrovlu və bələdiyyə üzvlüyünə namizəd Əbülfət Nuriyev YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib, seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə və layiqli namizədlərə səs verməyə çağırıblar.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının  namizədləri Abşeron rayonunun kənd və qəsəbələrində bir neçə məhəllə görüşü də keçiriblər.

Görüşlərdə iştirak edən seçicilər bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.