YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Yeni qələbələrə şahidlik edəcəyik

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Beyləqan rayonu, Birinci Aşıqlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov Yeni Azərbaycan Partiyasının zəngin və şərəfli inkişaf yolu keçərək ümumxalq partiyasına çevrildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, dünənin, bu gün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası dövlətçilik tariximizdə yeni bir yüksəlişin əsasını qoyub.

Seçki qərargahının üzvləri Etibar İmanov, Niyaməddin Əsgərov və bələdiyyə üzvlüyünə namizədlər Hafiz Paşayev, Bulud Abdurrəhmanov, Etibar Tağıyev və Ayaz Quliyev seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar. “Şanlı Zəfərdən sonra yeni qələbələrə şahidlik edəcəyik”, - deyə çıxışlarda vurğulanıb.

Seçicilər Sədullah Eyvazov və Eldəniz Əhmədov fəaliyyətində xalqın mənafeyini üstün tutan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, Beyləqan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədləri şəhid ailələrini ziyarət ediblər.