YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Məqsədyönlü siyasət aktual çağırışlara adekvat cavab verir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qəbələ rayonu, Qəbələ, Cığatelli, Bum, Nic, Zarağan, Yenikənd, Yeni Dizaxlı, Nohurqışlaq və Soltannuxa bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.

YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov partiyanın seçki proqramı barədə ətraflı məlumat verib. O qeyd edib ki, bələdiyyələrin sosial məsuliyyətinin, yerli özünüidarəetmədə vətəndaşların rolunun, hesabatlılıq və şəffaflığın artırılması qarşıda duran başlıca hədəflərdəndir. “Gənclərin faydalı işlərə cəlb edilməsi, onların fiziki və mənəvi inkişafının təmini məqsədilə təşəbbüslərin irəli sürülməsi və layihələrin reallaşdırılması, yerlərdə insanların asudə vaxtlarını səmərəli keçirmələri üçün müvafiq infrastrukturun yaradılması istiqamətində əməli tədbirlərin görülməsi aktual çağırışlar sırasındadır”.

Seçki qərargahının üzvləri İbrahim Zeynalov, Gündüz Şirinov, bələdiyyə üzvlüyünə namizədlər İbrahim Ağayev, Sərxan Həşimov və Nurlan Yusifov yeni dövrdə qarşıya qoyulan hədəflərə nail olmaq üçün seçiciləri Yeni Azərbaycan Partiyasını dəstəkləməyə çağırıblar. “Uğurların davamı naminə partiyamızın namizədlərinə səs verək”, - deyə seçicilərə çağırış edilib.