Seçki xəbərləri
Azərbaycan xalqı uğurlu gələcəyə səs verəcək

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şəki rayonu, Baş Kəldək bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Şəki rayon təşkilatının sədr müavini Ziya Vəliyev bildirib ki, ölkəmizdə sosial islahatlar dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə reallaşdırılan islahatlar nəticəsində hər il mühüm irəliləyişlər əldə olunur.
Təşviqat qrupunun üzləri Pənah Alxasov, Qorxmaz Balakişiyev, bələdiyyə üzvlüyünə namizədlər Natiq Məsimov, Orxan Xasıyev, Almaz Allahverdiyeva, Firqət Muradlı və Əlibala Bayramov öz çıxışlarında YAP-ın seçki proqramı haqqında məlumatları diqqətə çatdıraraq partiyanın xalqın dəstəyi ilə növbəti qələbəyə imza atmaq əzmində olduğunu bildiriblər. Namizədlər söz veriblər ki, yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaqları halda öz fəaliyyətlərini günün tələbləri səviyyəsində quracaq və onlara göstərilən etimadı əməli işləri ilə doğruldacaqlar.
Seçici Həzi Quliyev və başqaları Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini, bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, həmin gün YAP-ın namizədləri məhəlli görüşlər də keçiriblər.