Seçki xəbərləri
Kompleks islahatlar tərəqqiyə təkan verir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ordubad rayonu, Vənənd bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov ölkəmizdə bütün sahələrdə aparılan islahatların əhəmiyyətindən, o cümlədən yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin effektivliyinin artırılması üçün görülən işlərdən danışıb. O bildirib ki, çoxşaxəli islahatlar nəticəsində ölkəmizdə idarəetmə sistemi təkmilləşib və bələdiyyələrin səmərəli fəaliyyəti üçün geniş imkanlar yaranıb. “Kompleks islahatlar tərəqqiyə təkan verir”, - deyə vurğulanıb.
Bələdiyyə üzvlüyünə namizədlər Raidə Ağrılı, Yəhya Yəhyayev, Abdulla Bayramov və Vüqar Əliyev YAP-ın seçki proqramı haqqında ətraflı məlumat veriblər. Yeni Azərbaycan Partiyasının xalqın inam və etimadını yüksək səviyyədə doğrultduğunu söyləyən natiqlər bələdiyyə seçkilərində seçicilərin partiyanın namizədlərinə səs verəcəklərinə inandıqlarını söyləyiblər.