YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Birlik sarsılmaz təməllərə söykənir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Pirallahı rayonu, Pirallahı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri seçicilərlə məhəllə görüşləri keçiriblər.

Çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Möhübbət Məhərrəmov və Şəlalə Süleymanova partiyanın seçki proqramını seçicilərə izah ediblər. Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP-ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını qeyd ediblər.

Seçicilər isə bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.