Seçki xəbərləri
Yeni nailiyyətlərə imza atmaq üçün...

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Nizami rayonu, Nizami və Keşlə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Qapı-qapı və məhəlli görüşlər çərçivəsində bələdiyyə üzvlüyünə namizədlər, seçki qərargahı və təşviqat qrupunun üzvləri şəhid ailələri, qazilər və rayon sakinlərini ziyarət ediblər.
Görüşlərdə YAP-ın seçki proqramı barədə məlumat verilib. Natiqlər seçiciləri yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində mütəşəkkil qaydada iştiraka və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.