Seçki xəbərləri
Uğurlar davamlıdır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Görüşlərdə giriş sözü ilə çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafının təmin olunduğunu, ümumi daxili məhsul istehsalının sürətlə artdığını diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən hərtərəfli islahatlar nəticəsində əhalinin sosial rifahı əhəmiyyətli şəkildə yüksəlib.
Bələdiyyə üzvlüyünə namizədlər Fətulla Muradov, Eldar Qurbanov, Aysel Zamanova və Fərid Abdullayev seçiciləri qalib və qüdrətli Azərbaycanın parlaq gələcəyi naminə ümümxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.
Qeyd edək ki, həmin gün YAP-ın namizədləri qapı-qapı və məhəlli görüşlər də keçiriblər.