Seçki xəbərləri
Xalq-iqtidar birliyi sabitliyin qarantıdır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Lerik rayonu, Vizəzəmin bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov bildirib ki, Azərbaycan dünyada sabitlik və təhlükəsizlik adası kimi tanınır. Milli həmrəylik ölkəmizə böyük uğurlar qazandırıb. Vətəndaşlar Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətə inam və etimad bəsləyirlər. Xalq və iqtidar arasındakı birliyimiz sarsılmaz təməllərə əsaslanır.
Tədbirdə çıxış edən seçki qərargahının üzvləri Fərman Haşımov, Elman Rəcəbov, bələdiyyə üzvlüyünə namizədlər Nayimə Rzayeva, Əliniyaz Hüseynov, Arzu Kərimova, Fərqanə Yəhyazadə, Çinarə Lətifova, Bəxtiyar Mehtiyev, Babək Nuriyev, Xəyal Muradov və digərləri çıxış edərək seçiciləri bələdiyyə seçkisində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.
Qeyd edək ki, YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov, seçki qərargahının üzvü Elman Rəcəbov, Lerik rayonu, Siyov bələdiyyəsi üzrə namizədlər Tərlan Qəribov, Şəhriyar Məcidov, Əliabad bələdiyyəsi üzrə namizəd Fəhmin Cəlalzadə, Çayrud bələdiyyəsi üzrə namizəd Dadaş Əlirzayev ərazilərdə seçicilərlə məhəllə görüşləri keçiriblər.
Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini deyiblər.