Seçki xəbərləri
Daim xalqın mənafeyi üçün
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Gəncə şəhəri, Kəpəz bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Gəncə şəhər təşkilatının sədr müavini Orxan Əhmədov bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Vurğulanıb ki, budəfəki bələdiyyə seçkiləri ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərp olunması şəraitində keçirilməsi ilə əlamətdardır.
Seçki qərargahının üzvü Əlimuxtar Muxtarov, bələdiyyə üzvlüyünə namizədlər Türkan Əhmədov, Ümid Şükürov çıxış edərək, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP-ın daim xalqın mənafeyindən çıxış etdiyini bildiriblər. Onlar seçiciləri qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Çıxış edən seçicilər də bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini diqqətə çatdırıblar.