Seçki xəbərləri
YAP xalqın partiyasıdır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Masallı rayonu, Boradigah bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək, YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib. O, YAP-ın daim xalqa xidmət prinsipini əsas götürdüyünü, əməli fəaliyyəti ilə böyük rəğbət qazandığını bildirib: “YAP bu gün cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirir”.
Təşkilat sədri qeyd edib ki, Azərbaycan yeni bir dövrə qədəm qoyub və bu dönəmdə də Yeni Azərbaycan Partiyası mühüm nailiyyətlərə imza atacaq. O, daim siyasi proseslərin önündə gedən YAP-ın bələdiyyə seçkilərinə də uğurla hazırlaşdığını deyib.
Görüşdə çıxış edən seçki qərargahının üzvləri Məhbubə Şahbazova, Aygün Quliyeva, bələdiyyə üzvlüyünə namizədlər Nərgiz Məmmədova və Tünzalə Qardaşova bildiriblər ki, YAP-ın hər bir seçkiyə qələbə əzmi ilə qatılmasını şərtləndirən əsas amil onun xalqın partiyası olmasıdır.