YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Seçkilər demokratik, azad və şəffaf keçiriləcək

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Salyan rayonu, Kürsəngi bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan möhtəşəm uğurlara imza ataraq öz qüdrətini daha da artırıb. Qeyd olunub ki, bütün sahələri əhatə edən kompleks tədbirlər nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı sürətlənib. Dövlətin yerli özünüidarəetmə orqanlarına verdiyi dəstək, o cümlədən onların fəaliyyətini daha da möhkəmləndirmək istiqamətində atdığı addımlar xalqın bələdiyyələrə olan inamını artırıb.

Təşviqat qrupunun üzvləri Allahverdi Piriyev, Ağadayı Paşayev, bələdiyyə üzvlüyünə namizədlər Şahin Azayev, Tahir Əzizov bələdiyyələrin qarşısında dayanan vəzifələrdən danışıb, seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Seçicilər Adil Abdullayev, Anar Əliyev, Rəşid Əbdülrəhmanov, Ramil Ağayev və digərləri seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.