YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP siyasi sistemin monolit gücüdür

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şəmkir rayonu, Dəllər-Cəyir bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Dəllər-Cəyir, Dəllər-Cırdaxan, Dəllər-Daşbulaq, Sarıtəpə kəndlərinin seçiciləri ilə görüşləri keçirilib.

Görüşlərdə təşviqat qrupunun üzvləri Nizami Əhmədov, Azər Əliyev, Hilal Məmmədov, Ruslan İbrahimov bildiriblər ki, son illərdə Azərbaycanın qazandığı uğurlar dünya ictimaiyyəti tərəfindən təqdir olunur. Qeyd olunub ki, bu uğurlarda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının xüsusi rolu var.

Qeyd olunub ki, YAP siyasi arenada özünü təsdiqləmiş güclü, monolit bir qüvvədir. Çıxışlarda Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlaşdığı diqqətə çatdırılıb.

Seçicilər yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində səsvermə hüquqlarından istifadə edərək YAP-ı dəstəkləyəcəklərini bildiriblər.